Avropa Liqasının II təsnifat mərhələsində "İnter"in rəqibi olan İsveçin "Elfsborq" klubunu yaxından tanıyaq.
Qol.Az-ın məlumatına görə, Boras şəhərini təmsil edən klub 1904-cü ildə 14-15 yaşlı bir qrup gənc tərəfindən yaradılıb.
Klubun yaradılmasının əsas qəhramanlarından olan Karl Larson futbolla yanaşı, atletika və güləşi də komandanın proqramına daxil edir. Komanda ilk illərində "Boras Fotbollslag" adı altında çıxış edib. Lakin Boras şəhərini bir neçə klub təmsil etdiyindən K.Larson klubun adını dəyişmək qərarına gəlir. Klubun adı 1906-cı ildə dəyişdirilərək "Elfsborq" adlandırılır.
110 yaşlı klub ev oyunlarını keçirdiyi "Boras Arena" stadionu 17.800 tamaşaçı tutumuna malikdir. "Elfsborq" ev oyunlarında sarı, səfər görüşlərində isə qırmızı rəngli formalardan istifadə edir. Komandanı 2013-cü ildən 45 yaşlı Klas İnqesson çalışdırır. Klubun prezidenti Bo Yohansondur. "Elfsborq"un Avropada kifayət qədər böyük təcrübəsi var. Komanda avrokuboklarda keçirdiyi 114 oyunda 45 qələbə qazanıb, 23 heç-heçə edib və 46 oyunda məğlub olub. Bu görüşlərdə 183 qol vuran İsveç klubu qapısında 167 top görüb.
Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynayan "Elfsborq" "Standart" (Belçika), "Zalsburq" (Avstriya) və "Esbyerq" (Danimarka) klubları ilə mübarizə aparıb. Lakin cəmi 4 xal toplayan komanda qrupu üçüncü pillədə başa vuraraq turnirdə mübarizəni dayandırıb. Ölkə daxilində uğurlara gəlincə "Elfsborq" klubu 6 dəfə (1935–36, 1938–39, 1939–40, 1961, 2006, 2012) İsveç çempionu olub. Eyni sayda çempionatın gümüş medallarına (1942–43, 1943–44, 1944–45, 1965, 1977, 2008) yiyələnən komanda iki dəfə (2001/2003, 2013/2014) ölkə kubokunu qazanıb.
Qeyd edək ki, "İnter" və "Elfsborq" klubları arasında ilk oyun iyulun 17-də İsveçdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı