"Bakı"ya müvəqqəti baş məşqçi təyin edildi

"Bakı"ya müvəqqəti baş məşqçi təyin edildi
XƏBƏR 11 İyul 2014 / 15:35 3743
-  A +

"Bakı" klubuna müvəqqəti olaraq yeni baş məşqçi təyin olunub.

Bu barədə Qol.Az saytına klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, əvəzedici komandanın baş məşqçisi İbrahim Uzunca bu gündən əsas komandanı çalışdırmağa başlayıb.

Klub rəsmisi bildirib ki, baş məşqçi Milinko Pantiçin qayıdışı hələ ki, gözlənilmir: "Pantiçin məlum məsələlərə görə  "Bakı"ya qayıdacağı sual altındadır.  Biz isə komandanı baş məşqçisiz qoya bilmərik. Ona görə də müvvəqqəti olaraq bu işi İbrahim Uzuncaya tapşırmışıq. Problemlər həllini tapandan sonra yeni baş məşqçi bəlli olacaq".

Son xəbərlər