“Şeffild Uensdey”in prezidentindən “Land of fire Azerbaijan” açıqlaması

“Şeffild Uensdey”in prezidentindən “Land of fire Azerbaijan” açıqlaması
XƏBƏR 11 İyul 2014 / 15:27 2867
-  A +

“Böyük məmnuniyyət hissi ilə bildiririk ki, “Land of fire Azerbaijan” brendi bizim yeni titul sponsorumuzdur”.

Qol.Az-ın xəbərinə görə, bu sözləri İngiltərənin “Şeffild Uensdey” klubunun prezidenti Milan Mandariç deyib.

“Eyni brendin “Lans” və “Atletiko”da da olması bizi yeni səviyyəyə çıxarır. İnanıram ki, yeni formalarımızda uğurlara nail olacağıq” – deyə o qeyd edib.

Xatırladaq ki, azərbaycanlı iş adamı Hafiz Məmmədovun sahibi olduğu İngiltərənin “Şeffild klubu bu gün rəsmi saytı vasitəsi ilə yeni mövsümdən oyunlara üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) yazılan formalarla çıxacağını açıqlayıb .

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır