Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "Neftçi" burada Sloveniyanın "Koper" klubu ilə qarşılaşacaq.
Qol.Az-ın məlumatına görə, Koper şəhərini təmsil edən klubun əsası 1920-ci ildə qoyulub.
Lakin rəsmi olaraq "Koper" 1955-ci ildə iki klubun - "Aurora" və "Meduza" komandalarının birləşməsindən yaradılıb. 1991-ci ilə qədər keçmiş Yuqoslaviyanın III liqasında çıxış edən "Koper" Sloveniyanın uğurlu klublarından sayılır.
Sloveniya müstəqillik qazandıqdan sonra komanda müxtəlif illərdə yüksək və ikinci liqalarda mübarizə aparıb. 1990-cı illərin sonlarında klub maliyyə böhranı ilə üzləşir. Sonradan bu problem aradan qaldırılır və "Koper" 2001/2002 mövsümündə ölkə çempionatının bürünc medallarına yiyələnir.
"Koper" Sloveniyada çempionatın qızıl medallarını, ölkə kubokunu və superkuboku qazanan beş klubdan biridir. Komanda ev oyunlarını 2010-cu ildə yenilənmiş "Bonifika" stadionunda keçirir. Arena təxminən 4 min tamaşaçı tutumuna malikdir. Klubun prezidenti Ante Quberaç, baş məşqçisi isə Rodolfo Vanolidir. Ev oyunlarında "göy-sarı", səfər görüşlərində ağ rəngli formalardan istifadə edən "Koper" əsasən yerli futbolçulardan təşkil olunub.
Tarixi ərzində cəmi bir ölkə çempionluğu olan (2009/2010) "Koper" iki dəfə gümüş medallara (2007/2008, 2013/2014) sahib çıxıb. Komanda 2005/2006 və 2006/2007 mövsümlərində ölkə kubokunu, 2010-cu ildə isə superkuboku qazanıb. Ötən mövsümü ikinci pillədə başa vuran "Koper" Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayıb. Burada Monteneqronun "Çelik" klubunu hər iki oyunda məğlub edən (5:0, 4:0) komanda növbəti mərhələdə "Neftçi"yə rəqib olub. Avrokuboklarda ən yaxşı halda II təsnifat mərhələsinə qədər irəliləyən "Koper"in "Neftçi" ilə dueldən necə ayrılacağı maraq doğurur.
Qeyd edək ki, "Neftçi" və "Koper" klubları arasında ilk oyun iyulun 17-də Bakıda, cavab görüşü isə bir həftə sonra Sloveniyada keçiriləcək.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı