Karlo Ançelottinin yeni köməkçisi bəlli oldu

Karlo Ançelottinin yeni köməkçisi bəlli oldu
XƏBƏR 11 İyul 2014 / 01:07 3161
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelottinin yeni köməkçisi müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, "Real"ın və İspaniya millisinin sabiq üzvü Fernando Hierrodur.

1989-2003-cü illərdə Madrid klubunun şərəfini qoruyan Hierro yeni mövsümdən Ançelottinin köməkçisi vəzifəsində çalışacaq. O, bu postda Fransa futbolunun canlı əfsanəsi Zinəddin Zidanı əvəzləyəcək.

Qeyd edək ki, Zidanın yeni mövsümdən "Real"ın ikinci komandası "Kastilya"nı çalışdıracağı gözlənilir.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq