Aleksis Sançes rəsmən "Arsenal"da (FOTO)

Aleksis Sançes rəsmən "Arsenal"da (FOTO)
XƏBƏR 11 İyul 2014 / 00:10 3830
-  A +

"Arsenal" klubu "Barselona"nın hücumçusu Aleksis Sançesin transferini rəsmiləşdirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, London təmsilçisi çilili futbolçu ilə rəsmi müqavilə imzalayıb.

Lakin müqavilənin müddəti haqda məlumat verilməyib. Bu transfer "Arsenal"a 34.6 milyon avroya başa gəlib. Üstəlik "topçular" bu keçid üçün futbolçunun özünə 3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Sançes ötən mövsüm "Barselona"nın heyətində keçirdiyi 34 oyunda 19 qol vurub və 12 məhsuldar ötürmə verib.


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq