İquain Messinin dəvətini qəbul etmədi

İquain Messinin dəvətini qəbul etmədi
XƏBƏR 9 İyul 2014 / 22:34 5425
-  A +

"Napoli"nun futbolçusu Qonzalo İquain Lionel Messinin dəvətini qəbul etməyib.

Qol.Az-ın məlumatına görə, Messi Argentina millisindəki komanda yoldaşından "Barselona"ya keçməsini istəmişdi.

Ancaq İquain açıqlamasında "Napoli"də özünü xoşbəxt hiss etdiyini və buradan ayrılmayacağını deyib:

"Lionel Messiyə haqqımda dediyi xoş sözlərə görə təşəkkürümü bildirirəm. Ancaq "Napoli"dən ayrılmağı düşünmürəm. İtaliya klubuna mənə qarşı çox yaxşı münasibət var. Burada xoşbəxtəm".

Qeyd edək ki, "Barselona"nın İquanin transferi üçün "Napoli" ilə razılığa gəldiyi iddia edilirdi.


Son xəbərlər
topaz banner