Mandzukiç "Atletiko"ya keçir

Mandzukiç "Atletiko"ya keçir
XƏBƏR 9 İyul 2014 / 19:23 2964
-  A +

"Bavariya"nın hücumçusu Mario Madzukiç yeni mövsümdən “Atletiko”da çıxış edəcək.
 
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığıç məlumata görə, Münhen təmsilçisinin idman direktoru Mattias Zammer xorvatiyalı hücumçunun "Atletiko"ya transfer olunacağını deyib. O, artıq bununla bağlı Madrid klubu ilə razılığa gəldiklərini bildirib:

"Ancaq hələlik rəsmi müqaviləyə imza atılmayıb. Yaxın günlərdə Mandzukiçin "Atletiko"ya keçidi rəsmiləşəcək. Ona gələcək futbolçu karyerasında uğurlar arzulayırıq".

Qeyd edək ki, "Atletiko"nun bu transfer üçün "Bavariya"ya 22 milyon avro ödəyəcəyi iddia edilir.


Son xəbərlər
topaz banner