Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yığmasının kapitanı Lionel Messi haqda xoş sözlər deyib.
Qol.Az-ın məlumatına görə, "goal.com"a danışan Maradona bu gecə qarşılaşacaqları Hollandiya ilə oyunun nəticəsindən asılı olmayaraq Messinin dünyanın ən yaxşı futbolçusu kimi qalacağını bildirib:
"DÇ-1990"dan sonra Argentina millisi Messinin sayəsində dünya çempionatının yarımfinalına yüksəldi. Finala çıxmaq üçün daha bir addım atmalıyıq. Ancaq bu, elə də asan olmayacaq. Məlum məsələdir ki, bu işdə Messidən çox şey asılıdır. Lakin Hollandiya ilə oyunun nəticəsindən asılı olmayaraq Messi dünyanın ən yaxşı futbolçusu kimi qalacaq. "DÇ-2006" və "DÇ-2010" mundiallarının 1/4 finallarındakı uğursuzluqdan sonra bu çempionatda Messidən gözləntilər çoxdur".
Qeyd edək ki, Hollandiya - Argentina oyunu, bu gecə Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
Rüfət oynadı, komandası uduzdu
“Zirə” və "Şəfa"dan qələbə
Azarkeşin halı pisləşdi, matç dayandırıldı
Debütant “Şəfa”dan yeni mövsümdə ilk qol, ilk qələbə - Video
“Bu heyətlə məqsədimizə çata bilərik” - Zaur Həşimov
"Tottenhem"in tarixinə düşdü
“Fənərbaxça”dan Taliska açıqlaması
“Zirə” - “İmişli” matçının heyətləri açıqlandı
“Belə meydanda istədiyimiz futbolu oynamaq çətindir”
“Ronaldo əsas heyətdə oynamamalıdır”
“Liverpul” “Real”ın hücumçusuna göz dikdi
Ayxan Abbasov Türkiyədə oyunu tribunadan izlədi - Şəkil
Acun Ilıcalının klubu “Mançester Yunayted”ə qalib gəldi
“Qəbələ” - “Şəfa”: Heyətlər
Kapitan olsa da, sarğı taxa bilməyəcək
"Arsenal"a qələbə üçün gəlmişəm"