Əlcəzairlə oyun sanki Yoahim Lövü yuxudan ayıltdı. Bəli, bunadək almanların işi pis getmirdi. Qrup mərhələsində Portqaliyaya 4 qol vurulmuşdu, Qana ilə çətin heç-heçə etmiş və ABŞ yığması ilə matçda sanki gəzintiyə çıxmışdı (hər iki komandaya heç-heçə sərf etdiyindən).
Amma şimali afrikalılarla oyun Lövü özündən çıxardı. Dünya çempionatının son iki qarşılaşması təcrübəli mütəxəssisin əvvəlki matçlardan lazımınca dərs aldığını sübuta yetirir. Xüsusilə müdafiədə müxtəlif variasiyalardan istifadə edən bundesməşqçi, deyəsən, artıq istədiyini tapıb. Digər tərəfdən qarşısına çempionluq məqsədi qoyan Löv bəzi taktiki gedişləri ilə komandanın ehtiyat üzvlərini mümkün çətin vəziyyətə də hazırlayardı bilərdi...
Artıq müdafiənin mərkəzində Hummels-Boatenq cütlüyü yer alır. Boatenqin mərkəzə keçidi Lamın ənənəvi sol cinaha qayıdışı ilə müşahidə olundu. Əlcəzairlə qarşılaşmada bu mövqedə Mustafinin də oynadığını unutmayaq. Onun meydanda cəmi 45 dəqiqə olması baş məşqçinin arzularını reallaşdıra bilməməsi anlamına gəlir. Nəticədə daim döyüşkənliyi ilə fərqlənən Şvaynştaygerə də meydanda yer tapıldı. Onun son iki qarşılaşmada dayaq yarıımmüdafiəçisi mövqeyindəki çıxışı yalnız alqışlana bilər.
"Borussiya"nı "Bayern"ə dəyişəndən sonra karyerasında aşkar eniş olan Götze Lövün kreditlərindən tam istifadə edə bilmədi. Düzdür, turniri startına az qalmış Mark Roysun zədədlənməsi Mario üçün yaşıl işıq olsa da, o, bu şansını boşa verdi. Məhz Götzenin uğursuz oyunu Lövü komandadakı yeganə nominal hücumçu Miroslav Klozeyə yenidən güvənməyə vadar etdi. Belədə, Müller yenidən sağ cinah vinger kimi çıxış etməyə başladı və nəticə göz qabağındadır. Fransa ilə zarafatın heç də yaxşı olmayacağını başa düşən bundesməşqçi bir çox amalından imtina edib, ideal heyəti müəyyən etməyə məcbur idi. Onun eyni futbolçuları Braziliya ilə qarşılaşmadada meydana buraxması buna aşkar sübutdur. Dəqiqlik, özünəinam və oyun intizamı almanlarının uğurunu özündə əks etdirir.
Fransalılarla görüşdə testdən keçən "alman maşını" yarımfinalda tam gücü ilə hərəkət etdi. Fikrimcə, Braziliya yığması qrup mərhələsi ilə yanaşı pley-offda o qədər güclü olmayan rəqibləri ilə qeyri-sabit çıxış etdi. Əvəzində almanlar dünya və Avropa çempionları, fransalılarla ilk çətin imtahandan əla qiymət aldılar. "Pentakampeonlar"ın buraxılan ilk qoldan sonraki təşvişi onların boyük oyunlara hazır olmadıqlarını sübuta yetirdi. Tarixi məğlubiyyətə baxmayaraq, Braziliya dünya futbolunda öz damğasını vurub.
Maraqlıdır, Löv final üçün hansı sürpriz hazırlayıb? Qalib heyət növbəti dəfə qorunacaq, yoxsa təcrübəli mütəxəssisin yeni planları var? Səkkiz ildir Almaniya yığmasına başçılıq edən Löv öz məşqçi keyfiyyətlərini bir daha ortaya qoydu. Yazını hazırlayarkən almanların finaldakı rəqibi müəyyən olunmamışdı. Hollandiya finala yüksələcəyi təqdirdə Lui van Qaal - Yoahim Löv qarşıdurmasında maraqlı taktiki mübarizəsi izləmək imkanı qazanacağıq.
Kamal RZA
"Vestri" - "Qarabağ": Heyətlər
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
“Qarabağ”ın oyunu canlı yayımlanacaq
"Məni marketinq aləti yox, futbolçu kimi görsünlər"
"Zirə" növbəti mərhələyə yüksəldi
Messi DÇ-2026-da bu göstəricidə hamını qabaqlayır
Reşford "Fənərbaxça"ya gələcək?
Yamal final öncəsi məşqi buraxdı
Əsas heyət üçün sabiq klubuna qayıdır
Argentina dünya çempionatı bitənə qədər cəzalandırılmayacaq
15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da
“Zirə” - “Torpedo” matçının heyətləri açıqlandı
"Arsenal" ən məhsuldar oyunçunu hədəfə aldı
FİFA-dan DÇ-2026 finalı ilə bağlı yeni plan
Kukurelladan mundialla bağlı maraqlı vəd
Tuxel qalır, yoxsa gedir?
"Kəpəz"dən növbəti transfer
Mariana Vasilevaya yeni vəzifə verildi - Şəkil
Messi: "Əgər İngiltərəyə uduzsaydıq..."
"Araz-Naxçıvan"da yeni hücumçu
DÇ-də siyasi banner qalmaqalı: Argentina cəzalandırıla bilər
"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi
“Qarabağ”ın oyununun yayımı sual altında - Açıqlama
"Şamaxı" gürcüstanlı futbolçu transfer etdi
Tuxel: "Heç nəyə görə peşman deyiləm"
Tarixdə ilk
Azərbaycan millisi İngiltərəyə qalib gəldi
Bellingem rəqibin başına qapaz vurdu - Video
"İmişli" klubunun yeni loqosu təqdim olunub
Azərbaycan Premyer Liqa klubu onunla yolları ayırdı
Argentinanın qələbəsi, İngiltərənin vidası - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Argentina DÇ-2026-nn finalında - Yenilənib
Keyn Runini geridə qoydu
İngiltərə uğurlu seriyasını qoruya biləcək?
"Argentina ilə gərgin və emosional mübarizəyə hazırıq"
"Heyətdə dəyişikliklər ola bilər" - Qurban Qurbanov