"İnter" "Tiraspol"la oyuna ciddi itki ilə çıxacaq

"İnter" "Tiraspol"la oyuna ciddi itki ilə çıxacaq
XƏBƏR 9 İyul 2014 / 15:31 3137
-  A +

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində sabah “Tiraspol”la qarşılaşacaq “İnter” oyuna ciddi itki ilə çıxacaq.

Qol.Az-ın məlumatına görə, səfərdə keçirilən ilk oyunun ən yaxşılarından olan və bir qol vuran Elvin Məmmədov zədə səbəbindən sabahkı oyunu buraxmalı olacaq. O, məşq zamanı ayağından zədə alıb.

Komandanın kapitanı Asif Məmmədov da Qol.Az saytına açıqlamasında xəbəri təsdiqləyib.

Qeyd edək ki, “İnter” – “Tiraspol” oyunu sabah saat 21:00-da başlayacaq

Daha çox


Son xəbərlər