Yığmamız Slovakiya və Polşaya qalib gəldi

Yığmamız Slovakiya və Polşaya qalib gəldi
XƏBƏR 9 İyul 2014 / 10:06 1704
-  A +

Slovakiyanın Preşov şəhərində təşkil olunmuş 16 yaşadək eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında beynəlxalq futzal turnirində Azərbaycan yığması iki oyun keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, komandamız Slovakiya yığmasını 3:0, Polşa-2 komandasını isə 3:2 hesabı ilə məğlub edib.

Xatırladaq ki, yığmamız turnirdə keçirdiyi ilk oyunda Çexiya komandasına 4:0 hesabı ilə qalib gəlmişdi.

Son xəbərlər