Löv: “Təvazökar olmalıyıq”

Löv: “Təvazökar olmalıyıq”
XƏBƏR 9 İyul 2014 / 04:39 3902
-  A +

“Biz Skolarinin, onun futbolçularının və brailiyalı azarkeşlərin nə hisslər keçirdiyini yaxşı başa düşürük. Çünki DÇ-2006-ın yarımfinalında İtaliyaya məğlub olmuşuq. Ona görə də təvazökar olmalıyıq və növbəti addımımızı atmalıyıq”.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Almaniya millisinin baş məşaçisi Yoahim Löv Braziliya ilə oyundan (7:1) sonra deyib.

Təcrübəli mütəxəssis qələbə qazanacaqlarına inandıqları, ancaq hesabın belə nəticələnəcəyini gözləmədiklərini bildirib: “Biz oyuna qələbə ehtirası ilə çıxmışdıq və bilirdik ki, öz oyunumuzu sərgiləyə bilsək, qalib gələcəyik. Ancaq  bu nəticəni gözləmirdik. Emosiyalara qapılmamalıyıq. Qələbə seriyasını finalda da davam etdirməliyik. Sabah finaldakı rəqibimizin adı bəlli olacaq.  İstər Hollandiya, istərsə də Argentina bizim üçün çətin rəqibdir. Hər iki komanda baxımlı və intizamlı oyunu ilə seçilir”.

Son xəbərlər