"Arsenal" Bakari Sanyaya əvəzləyici tapdı

"Arsenal" Bakari Sanyaya əvəzləyici tapdı
XƏBƏR 8 İyul 2014 / 01:53 2868
-  A +

"Arsenal" klubu mövsümün sonunda "Mançester Siti"yə transfer olunan Bakari Sanyaya əvəzləyici tapıb.

Qol.Az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, London təmsilçisi "Nyukasl"dan Matye Debuşini transfer edib.

Bu transfer "Arsenal"a 7,9 milyon funt-sterlinqə başa gəlib. 28 yaşlı futbolçunun bu həftə ərzində Londona gedərək tibbi baxışdan keçəcəyi və klubla rəsmi müqavilə imzalayacağı bildirilir.

Qeyd edək ki, Debuşi 2013-cü ildə "Lill"dən "Nyukasl"a transfer olunub.


Son xəbərlər
topaz banner