Eşli Koul rəsmən "Roma"da

Eşli Koul rəsmən "Roma"da
XƏBƏR 7 İyul 2014 / 23:04 2623
-  A +

"Çelsi"nin sabiq futbolçusu Eşli Koulun yeni klubu müəyyənləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, təcrübəli oyunçu "Roma"ya transfer olunub. O, İtaliya təmsilçisiylə 2+1 sistemi ilə müqavilə imzalayıb. E.Koul "Roma"da illik 2.3 milyon avro qazanacaq.

Qeyd edək ki, 2006-ci ildən "Çelsi"də oynayan 33 yaşlı E.Koulun  London klubu ilə müqaviləsi bu ilin iyununda başa çatmışdı.


Son xəbərlər
topaz banner