"Atletiko" hazırlıqlara start verdi

"Atletiko" hazırlıqlara start verdi
XƏBƏR 7 İyul 2014 / 16:37 1958
-  A +

Son İspaniya çempionu "Atletiko" yeni mövsüm üçün hazırlıqlara start verib.

Qol.Az-ın İspaniya mətbuatına  istinadən yaydığı xəbərə görə, məşqlərdə türk yarımmüdafiəçi Arda Turan da olmaqla,  14 futbolçu iştirak edib.

Dünya çempionatında iştirak edən Koke, Xuanfran, Qodin, Kristian Rodriqes, Alderveyreld və Ximenesin qarşıdakı günlərdə təlim-məşq toplanışına qatılacağı bildirilib.

Qeyd edək ki, "Atletiko" avqustun 6-ı "Qalatasaray"la yoldaşlıq oyunu keçirəcək.


Son xəbərlər
topaz banner