Braziliya millisinin müdafiəçisi Dante "DÇ-2014"ün yarımfinalında qarşılaşacaqları Almaniya ilə oyun haqda danışıb.
Qol.Az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, "Bavariya" klubunun futbolçusu rəqibin güclü və zəif tərəflərini yaxşı bildiyini deyib:
"Almanların güclü və zəif tərəflərini yaxşı bilirəm. Bu mənada onların bizim üçün sürpriz olmayacaqlarını düşünürəm. Sabahkı görüşdə hər şey ola bilər. Almaniya güclü komandadır. Düzdür, onların heyətində ulduz futbolçu yoxdur. Ancaq onlar yaxşı komanda oyunu nümayiş etdirirlər. Bu da onları daha da güclü edir".
Qeyd edək ki, Braziliya - Almaniya oyunu sabah gecə, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
“Real”da ciddi itki
Salahdan ÇL-də 50-ci qol
Aldığı zədə karyerasını bitirə bilər
PSJ-nin baş məşqçisi Premyer Liqa yolunda
Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər
"Şamaxı" - "Araz-Naxçıvan" matçından - Video
Osimhen milliyə çağrılmadı
16 yaşlı qapıçının debütü təxirə salındı
1-ci liqada bu gün yalnız “Şəfa” qələbəyə sevindi
"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?
Premyer Liqa rekordçusu gələcəyini ailəsinə həvalə etdi
"Mançester Yunayted" onun üçün 100 milyon xərcləyəcək?
"Layiq olmadığımız məğlubiyyətlə üzləşdik" - Ayxan Abbasov