"Qəbələ"nin rəqibi məğlub oldu

"Qəbələ"nin rəqibi məğlub oldu
XƏBƏR 7 İyul 2014 / 10:32 1712
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubu cavab görüşü öncəsi yoxlama oyununda qüvvəsini sınayıb.

Qol.Az-ın məlumatına görə, "Şiroki Briyeq" Bosniya və Hersoqovinada
ötən mövsümün 5-cisi olan "Velej" klubu ilə qarşılaşıb.

Oyun "Şiroki Briyeq"in məğlubiyyəti ilə başa çatıb - 1:2.

Qeyd edək ki, "Şiroki Briyeq" klubu Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində iyulun 10-da evdə "Qəbələ"ni qəbul edəcək. Bu komandalar arasında Qəbələdə baş tutmuş oyun qonaqların qələbəsi ilə başa çatıb - 0:2.


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner