Millimiz qələbə qazandı

Millimiz qələbə qazandı
XƏBƏR 7 İyul 2014 / 10:05 1890
-  A +

Rusiyanın Sankt-Peterburq şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası "Petroqrad" klubu ilə yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 5:1 hesabı ilə millimizin xeyrinə başa çatıb.

Sabir Allahquliyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Zeynal Zeynalov, Orxan Məmmədov və Amid Nəzərov fərqlənib.

Son xəbərlər
topaz banner