21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippertin müsahibəsi.
- Artıq bir neçə gündür komanda Albaniyadadır. Futbolçular buradakı şəraitə uyğunlaşa biliblərmi?
- Bakı ilə buranın havası, demək olar ki eynidir; burada da hava çox istidir. Artıq 4 gündür buradayıq. Bakı ilə 3 saatlıq fərqə baxmayaraq, futbolçularım buraya tam uyğunlaşa biliblər. Oyunun başlama vaxtı da bizim üçün münasibdir. Yəni nədənsə şikayət etməyə haqqımız yoxdur.
- Komandada zədəli futbolçu varmı?
- Bəli, bir zədəli futbolçumuz var. Bu, Şəhriyar Rəhimovdur. Çox təəssüf ki, dünənki məşqimizdə iştirak edə bilmədi. Ancaq həkimlərimiz onun Albaniya yığması ilə oyuna hazır olmasına çalışırlar. Ümid edirəm ki, Şəhriyar oyuna qədər tam hazır olacaq. Fərrux Rəhimovun yüngül zədəsi olsa da, oynaya biləcək səviyyədədir. Həm həkimin, həm də özünün dediyinə görə, özünü yaxşı hiss edir. Komandada ciddi zədəsi olan başqa futbolçu yoxdur. Hamısı fiziki cəhətdən yaxşı formadadırlar.
- Oynayacağınız taktikanı və start heyətini müəyyənləşdirmisinizmi?
- Sözsüz ki, həm taktika, həm də oyunçu seçimi baxımından əksər şeylər aydındır. Çünki bizim də məşqçi kimi, alternativ variantlarımız olmalıdır. Ona görə də A və B planımız artıq hazırdır. Oyun ərzində istədiyimiz alınmayacağı halda, bu planlardan istifadə edəcəyik. Çalışırıq ki, müəyyənləşdirdiyimiz sistemi tez bir şəkildə komandaya aşılayaq. Çünki qısa zaman ərzində müxtəlif variantları futbolçulara çatdırmaq mümkün deyil.
- Düşündüklərinizi komandanın oyununa nə dərəcədə tətbiq edə bilmisiniz?
- Yanvardan etibarən komanda bu sistem üzərində çalışır. Hər dəfə çalışırıq ki, bunun incəliklərini futbolçulara daha yaxşı çatdıraq. Ancaq hələ istədiyimiz səviyyəyə çatmamışıq. Çünki futbolçular müəyyənləşdirdiyimiz sistemin incəliklərini, hər detalını mən istəyən şəkildə mənimsəyə bilməyiblər. Ancaq ümumi götürəndə, bilirlər ki, biz hansı sistemlə oynayırıq. Mənə elə gəlir ki, əksər şeyləri qavraya biliblər.
- Komandanı Albaniya yığması ilə oyuna tam hazır hesab etmək olarmı?
- Ötən illə müqayisədə xeyli gücləndiyimizi deyə bilmərəm. Çünki komandanın bir neçə üzvünü milliyə vermişik. Bizim əsas məqsədlərimizdən biri də məhz əsas milliyə oyunçu yetişdirməkdir. Həmin futbolçuların bizdən ayrılıb, millinin heyətinə qoşulması, sözsüz ki, müəyyən güc itirməyimizə səbəb olub. Həmin oyunçularla daha güclü olardıq. Bununla belə, indiki komandanın zəif olduğunu demirəm. Komandam oyuna tam hazırdır. Ancaq etiraf etmək lazımdır ki, milliyə verdiyimiz uşaqlar bizimlə birgə olsaydılar, daha yaxşı səviyyədə olardıq.
- Rəqib haqda informasiyaya maliksinizmi?
- Əlbəttə. Artıq Albaniya yığmasının bir oyununu izləmişik. İkinci oyununa da baxacağıq. Bundan əlavə, başqa qaynaqlardan da komanda haqda müxtəlif məlumatlar əldə edirəm. Bir sözlə, informasiya baxımından çətinliyimiz yoxdur.
- U-21-in əsas məqsədlərindən birinin milli komandaya futbolçu yetişdirmək olduğunu dediniz. U-21-in heyətinə də 19 yaşadək futbolçulardan ibarət yığmadan dəvət olunanlar var. Həmin futbolçular ümidlərinizi doğruldurlarmı?
- Mən bu uşaqları U-17-dən tanıyıram. Nəyə qadir olduqlarını yaxşı bilirəm. Ancaq indiki halda onlardan yüksək nəsə tələb etmək düzgün olmazdı. Bu yaşda peşəkar futbolçularla birgə oynamaları onlar üçün böyük inkişafdır.
Mənbə: affa.az
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu
2-ci liqada 26-cı tura yekun vuruldu
"Bizim itirəcəyimiz şeylər daha çoxdur" - Rəşad Sadıqov
"Zirə" final matçına itki ilə çıxacaq
Serxio Ramos "Sevilya"nın rəhbəri ola bilər
1-ci liqada həftənin hakimləri məlum oldu
Hakimlər üçün danışılmış oyunlara qarşı sessiya keçirildi
"Azarkeşlər finaldan həzz alacaqlar" - Valdas Dambrauskas
Pikeyə 200 min avro cərimə kəsildi
“Kəpəz”in şərtləri məni qane etsə, qalacam” – Azər Bağırov
Levandovski üçün sürpriz namizəd
"Qarabağ" regionda ilk Dayanıqlılıq Hesabatını təqdim etdi
Azərbaycan kubokunda finalın hakimləri açıqlandı
Baş məşqçi DÇ-2026-ya 1 ay qalmış istefa verdi
“Sabah" onu 1 milyona birdəfəlik transfer edir
Bir mövsümdə cəmi 25 dəqiqə oynadı, müqaviləsi ləğv edildi
"Liverpul" Dioqo Jotanın xatirəsinə abidə ucaltdı
"Araz Naxçıvan" legioneri göndərdi
40 yaşında dünya çempionatına gedir!
Davadan sonra "Real"da mühit korlanıb
Cərimə meydançasındakı mübarizə qaydaları dəyişə bilər
Acun Ilıcalının klubu Premyer Liqanın bir addımlığında
"Sabah"ın potensial rəqibləri kimlərdir? - Çempionlar Liqası
Azərbaycan millisindən Avropa çempionatında bürünc medal
Nihat Kahveci “Neftçi”nin gözəl qolunu şərh etdi - Video
Bu mükafatı yenə Dembele qazandı
"Qarabağ" fransalı futbolçu alır - Klubu təsdiqlədi
La Liqanı tərk edəcək ilk komanda bilindi
Azərbaycan güləşçiləri Avropa çempionatının finalında
"Qaradağ Lökbatan"ın 3 qolu - Video
Premyer Liqa VAR-la bağlı yeni təklifi qəbul etmir
Mbappe ev oyunlarını boykot edə bilər
Osimhen millidən kənarda qaldı
Salah yenidən ərəblərin hədəfində
"Dünya çempionatında intizam ön plana çıxacaq"
Bəhruzun het-triki, "Xankəndi"nin qələbəsi - Video
"Real"ın zədəli futbolçusu karyerasını bitirir?
Avropa nəhəngləri onu hədəfə aldı