“Bakı”nın baş məşqçisi Coko Haciyevski Qol.Az-a verdiyi müsahibədə milli komandamızın sentyabrın 5-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lənkəranda Finlandiyaya qarşı keçirəcəyi oyun haqda danışıb.
- Əvvəlcə istərdik millimizin qarşıdakı oyunu haqda fikirlərinizi bildirəsiniz.
- Oyunun çətin keçəcəyi şübhəsizdir. Finlandiya Avropanın qabaqcıl futbol ölkələrindən sayılmasa da, zəiflər sırasında da deyil. Komandanın heyətində kifayət qədər yüksək səviyyəli oyunçular var. Hansılar ki, əsasən İngiltərə Premyer Liqası kimi güclü çempionatda çıxış edirlər. Millinin əsası təcrübəli futbolçulardan qurulub.
- Finlandiya ilə oyunda Azərbaycan millisindən nə gözləyirsiniz?
- Hamı kimi, mən də Azərbaycan millisinin qələbəsini arzu edirəm. Çox istərdim ki, klubların bu mövsüm avrokuboklarda uğurlu çıxışından sonra Azərbaycan millisi də adından söz etdirməyi bacarsın.
- Azərbaycan millisinin baş məşqçisi kimi debüt oyununuzu Finlandiyaya qarşı keçirmisiniz. Ona görə də bu komandanı sizin üçün yad hesab etmək olmaz. Necə düşünürsünüz, skandinaviyalıların əsas üstünlükləri hansılardır?
- Finlandiya millisinin əsas üstünlüyü futbolçuların fiziki göstəriciləridir. Özünüz də bilirsiniz ki, bu ölkənin oyunçuları əsasən hündür boyları ilə diqqət çəkilər. Finlandiya millisinin də heyətinin demək olar ki, yarısının, 5-6 oyunçunun boyu 190 sm-dən böyükdür. Bu isə standard vəziyyətlər zamanı komandaya böyük üstünlük verir. Buna görə də finlər əsasən standard vəziyyətlərdən faydalanmağı xoşlayırlar. Eyni zamanda uzun hava ötürmələri və cinah asmaları da Finlandiya millisinin əsas oyun üslubudur.
- Amma yəqin ki, hər bir komandanın olduğu kimi, Finlandiyanın da zəif cəhətləri var...
- Əlbəttə. Mən belə hesab edirəm ki, Finlandiyanın zəif nöqtələrindən biri futbolçuların bir o qədər də sürətli olmamalarıdır. Finlandiya millisi əksər hallarda əks-hücum qurmağı bacarmır. Həm də futbolçuların boyları uca olduqlarından, ümumiyyətlə, meydanda ləng tərpənirlər. Sürətli hücumlar qurmaqla rəqibin müdafiəsini yarmaq olar.
- Necə düşünürsünüz, millimiz Finlandiyaya qalib gəlmək üçün nə etməlidir?
- İlk növbədə komanda hücuma daha çox diqqət ayırmalıdır. Bugünkü gündə Azərbaycan millisinin müdafiə və orta xətti pis təsir bağışlamır. Ancaq eyni sözləri hücum haqda deməkdə çətinlik çəkirəm. Altı rəsmi oyunda qol vurulmaması da dediklərimə sübutdur. Ona görə də komanda daha çox hücuma diqqət ayırmalıdır. Eyni zamanda ələ düşən imkanlardan da maksimum yararlanmaq lazımdır. Çünki Finlandiya kimi komandayla oyunda 90 dəqiqə ərzində yalnız 2-3 imkan yarada bilərsən. Onlardan da istifadə etməsən, necə qalib gələcəksən? Buna görə də futbolçular imkan yaxalayan kimi, ondan istifadə etməlidirlər.
- Sizcə, qarşıdakı oyunda hansı nəticə millimiz üçün uğurlu sayılacaq?
- Yəqin ki, qələbə. Çünki 0:0 hesabı insanların ürəyincə olmayacaq. Həm də azarkeşlər nəhayət, bu matçda millidən qol gözləyirlər. İnanıram ki, Azərbaycan millisi qol vura bilsə, qələbə də qazanacaq.
- Oyunun Lənkəranda keçirilməsi millimizə əlavə üstünlük verəcək?
- Buna şübhəniz olmasın. Lənkəranda bir neçə dəfə oyuna çıxmışam. Yerli azarkeşlərin sevimli komandalarına necə möhtəşəm dəstək verdiklərini canlı görmüşəm. İnanıram ki, azarkeşlərin möhtəşəm dəstəyi milliyə böyük yardım olacaq. Digər tərəfdən stadionda qaçış cığırının olmaması, tribunaların meydana daha yaxın olması da arenadakı atmosferi daha da gözəlləşdirir.
- 2007-ci ildə sizin rəhbərlik etdiyiniz Azərbaycan millisinə qarşı oynayan, yoxsa sentyabrın 5-də Lənkəranda meydana çıxacaq Finlandiya millisi daha güclüdür?
- Finlandiya millisinin hazırkı heyəti barədə geniş məlumata malik deyiləm. Ona görə də bu suala tam dəqiqliyi ilə cavab verə bilmərəm. Amma bir şey var ki, həmin vaxt finlər son ana qədər Avropa çempionatının final mərhələsinə qatılmaq üçün mübarizə apardılar. Amma indiki komanda haqda bunu demək olmaz. Məhz bu amili nəzərə alaraq, deyə bilərəm ki, o vaxtkı Finlandiya millisi daha güclüydü. Həmin komandanın bütün üzvləri İngiltərə Premyer Liqasında çıxış edirdi. Amma biz güclü rəqibə qarşı gözəl mübarizə apardıq. Hətta qələbə də qazana bilərdik. Lakin hakim bizə mane oldu.
- Bəs o vaxtkı Azərbaycan millisiylə indiki arasında hansı fərqlər var?
- Hesab edirəm ki, fərq hücum xəttiylə bağlıdır. Yəni millinin o zamankı hücumçuları daha yaxşı oyun sərgiləyirdilər. Subaşiç formadaydı, Zaur Ramazanovla Zaur Tağızadə gözəl oyun göstərirdilər. Həm də həmin komanda daha çox hücum edir və ən əsası qol vururdu. Düzdür, indiki heyətdə də Vaqif Cavadov və Vüqar Nadirov kimi yaxşı hücumçular var. Amma məncə, mənim rəhbərliyim altında oynayan hücumçular indikələrə nisbətən daha təcrübəliydilər.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi