"Neftçi" Avroliqada "Koper"lə qarşılaşacaq?

"Neftçi" Avroliqada "Koper"lə qarşılaşacaq?
XƏBƏR 4 İyul 2014 / 02:11 3708
-  A +

Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq "Neftçi"nin bu mərhələdəki rəqibinə Sloveniyada aydınlıq gələcək.

Qol.Az-ın məlumatına görə, turnirin I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Çelik" (Monteneqro) - "Koper" (Sloveniya) matçında qapılara beş qol vurub.

Səfərdə 5:0 hesabı ilə qalib gələn Sloveniya təmsilçisi üçün bir həftə sonra keçiriləcək cavab qarşılaşması formal xarakter daşıyacaq. Bu cütün qalibi növbəti mərhələdə "Neftçi"nin rəqibi olacaq.
  

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner