"Arsenal"dan Aleksis Sançesə 40 milyon avro

"Arsenal"dan Aleksis Sançesə 40 milyon avro
XƏBƏR 3 İyul 2014 / 00:48 2530
-  A +

"Arsenal" klubu yeni mövsüm üçün növbəti transfer hədəfini açıqlayıb.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, London təmsilçisi "Barselona" hücumçusu Aleksis Sançezi heyətinə qatmağa hazırlaşır.

"Topçular"ın baş məşqçisi Arsen Venger artıq çilili futbolçunun meneceri ilə danışıqlara start verib. "Arsenal" bu transfer üçün qarşı tərəfə 40 milyon avro təklif edib. Lakin Kataloniya klubu hələlik bu təklifə münasibət bildirməkdə tələsmir. "Barselona"nın Sançesi daha yüksək məbləğə satmağı planlaşdırdığı bildirilir.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2011-ci ildə "Udineze"dən "Barselona"ya transfer olunub.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu