Ançelotti di Mariyanın "Real"dan ayrılmağını istəmir

Ançelotti di Mariyanın "Real"dan ayrılmağını istəmir
XƏBƏR 2 İyul 2014 / 13:37 2329
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti futbolçusu Anxel di Mariyanın komandadan ayrılmasını istəmir.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, italiyalı mütəxxəssis argentinalı futbolçunun komandası üçün önəmli oyunçu olduğunu bildirib.

Daha öncə verdiyi açıqlamasında "Real"dan ayrılmaq istədiyini deyən di Mariyanın İtaliyaya gedəcəyi iddia olunur. Lakin Ançelotti dünya çempionatından sonra 26 yaşlı futbolçu ilə danışıqlara başlayacaqlarını və onu komandada saxlamağa çalışacaqlarını deyib.

Qeyd edək ki, di Mariya 2010-cu ildə "Benfika"dan "Real"a transfer olunub.


Son xəbərlər