"Yuventus"un futbolçusu əməliyyat olundu

"Yuventus"un futbolçusu əməliyyat olundu
XƏBƏR 2 İyul 2014 / 12:35 1709
-  A +

İtaliya millisinin və "Yuventus" klubunun zədəli futbolçusu Andrea Barzaqli əməliyyat olunub.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, "Yuventus"un həkimi Fabrizio Tencone 33 yaşlı müdafiəçinin əməliyyatının uğurlu keçdiyini deyib.

Lakin Tencone A.Barzaqlinin tam sağalmasının üç ay çəkəcəyini bildirib.

Qeyd edək ki, təcrübəli futbolçu 2011-ci ildən "Yuventus"un şərəfini qoruyur.

 

Daha çox


Son xəbərlər