"İnter" Moldovada ilk məşqinə çıxdı

"İnter" Moldovada ilk məşqinə çıxdı
XƏBƏR 2 İyul 2014 / 04:05 1791
-  A +

Avropa Liqasının birinci təsnifat mərhələsində  Moldovanın "Tiraspol" komandası ilə qarşılaşacaq Bakının “İnter” klubu artıq səfərə yollanıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Kaxaber Sxadadzenin komandası “Şerif" İdman Kompleksinin "Kiçik Arena" stadionunda ilk məşqini keçirib. 

Məşqə isinmə və qısa məsafələrə qaçışla başlayan futbolçular topla çalışdıqdan sonra taktiki tapşırıqları yerinə yetiriblər.

Qeyd edək ki, “Tiraspo” - "İnter" matçı iyulun 3-də keçiriləcək.


Son xəbərlər