Yunanıstan millisinin baş məşqçisi Fernandu Santuş "DÇ-2014"ün 1/8 finalında məğlub olduqları Kosta-Rika ilə oyunla bağlı maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis bu məğlubiyyətdə bir neçə futbolçusunun başlıca rol oynadığını bildirib.
Santuş bəzi futbolçularının şəxsi maraqlarını güddüyünü, qolu məhz özlərinin vurmaq istəmələrinin məğlubiyyətə gətirib çıxardığını deyib: "Komandada 2-3 futbolçu var idi ki, onlar Kosta-Rika ilə vacib oyunda tarixi qolu vurmaq istəyirdilər. Bu isə tez-tez meydanda səhvlərə gətirib çıxarırdı".
Qeyd edək ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan Kosta-Rika - Yunanıstan matçının qalibi penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:3) Kosta-Rika yığması 1/4 finala adlayıb.
“Sabah”dan “qızıl dubl”
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu