Almaniya millisinin qapıçısı Manuel Noyer "DÇ-2014"ün 1/8 finalında məğlub etdikləri Əlcəzairlə oyun (2:1) haqda danışıb.
Qol.Az-ın məlumatına görə, təcrübəli qolkiper Almaniya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında Andre Şürrlenin meydana çıxmasından sonra komandasının hücumda aktiv oynadığını bildirib:
"Andre Şürrle meydana girdikdən sonra komanda hücumda daha aktiv oynadı. Onun meydana çıxması bizə faydalı oldu. Artıq qarşıda Fransa ilə çətin oyunumuz var. Güclü rəqiblə mübarizə aparacağımızı bilirik. Əlcəzairlə ağır matçdan sonra qarşıdakı oyuna yaxşı köklənməliyik. Fransa ilə matçda hücum futbolu oynamalıyıq".
Qeyd edək ki, Fransa - Almaniya oyunu iyulun 5-də, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
“Sabah”dan “qızıl dubl”
"Napoli"dən gedir
UEFA 2 klubu sərt cəzalandırdı
"Real"dakı davanı mediaya sızdıran şəxs müəyyən olunub
"Mən yaxşıyam.." - Elvin Cəfərquliyev
"İstefaya getmək niyyətində deyiləm"
"Arsenal"ın futbolçusu sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
Dik Advokat Kurasao millsinə qayıtdı
"Marsel"dən ərəb klubuna keçir
2-ci liqada 6 oyunun saatı məlum oldu