Uruqvayın prezidentindən FİFA-ya sərt sözlər

Uruqvayın prezidentindən FİFA-ya sərt sözlər
XƏBƏR 30 İyun 2014 / 13:37 3613
-  A +

Uruqvayın prezidenti Xose Muxika FİFA haqda sərt fikirlər səsləndirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Uruqvay millisinin futbolçusu Lius Suaresə FİFA-nın verdiyi cəzanın çox ağır olduğunu deyib:

"Düzdür, Suares cəzalandırılmalı idi. Ancaq onlar faşist kimi cəza verdilər".

Qeyd edək ki, Suares DÇ-də İtaliya ilə matçda rəqibin futbolçusu Corcio Kyellinin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan uzaqlaşdırılıb və millinin heyətində doqquz oyunda  meydana çıxmasına qadağa qoyulub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner