"Real" "Bavariya" ilə razılığa gəldi

"Real" "Bavariya" ilə razılığa gəldi
XƏBƏR 30 İyun 2014 / 12:57 4608
-  A +

"Bavariya"nın yarımmüdafiəçisi Toni Kroosun "Real" (Madrid) klubuna transferi ilə bağlı tərəflər arasında razılıq əldə olunub.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, bu transfer Madrid təmsilçisinə 25-30 milyon avroya başa gələcək.

"Kral klubu" 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayacaq. Almaniyalı futbolçunun "Real"da illik qazancı da bəlli olub. Təcrübəli futbolçu yeni klubunda ilinə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Kroos hazırda Braziliyada təşkil olunan dünya çempionatında mübarizəni davam etdirən Almaniya millisinin düşərgəsindədir. Onun komandası bu axşam 1/8 final mərhələsində Əlcəzairlə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner