Roberto Mançini İtaliya millisini çalışdıra bilər

Roberto Mançini İtaliya millisini çalışdıra bilər
XƏBƏR 30 İyun 2014 / 11:05 1456
-  A +

"Qalatasaray" klubunun sabiq baş məşqçisi Roberto Mançini yenidən ölkəsində çalışa bilər.

Qol.Az-ın "Corriere dello Sport"a istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssisin "Avro-2016"da millimizin rəqiblərindən olan İtaliya yığmasını çalışdıracağı iddia olunur.

Mançininin İtaliya Futbol Federasiyasından yüksək maaş tələb etmədiyi və bu mənada tərəflər arasında razılıq əldə olunduğu bildirilir. 

Qeyd edək ki, "DÇ-2014"də uğursuz çıxışdan sonra İtaliya millisinin baş məşqçisi Çezare Prandelli və futbol federasiyasının prezidenti Cankarlo Abate istefaya göndərilmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner