Van Qal: "Su fasiləsinə futbolçulara B planına keçməyi tapşırdım"

Van Qal: "Su fasiləsinə futbolçulara B planına keçməyi tapşırdım"
DÇ-2014 30 İyun 2014 / 00:25 3745
-  A +

DÇ-2014-ün 1/8 finalında Meksika üzərində qələbə qazanaraq (2:1) 1/4 finala yüksələn Hollandiya millisinin baş məşçisi Lui van Qal görüş haqda fikirlərini bildirib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis qələbəni müəyyən taktiki dəyişikliklərlə bağlayıb:

“Biz çıxış yolunu tapdıq. İkinci hissədə nəyə qadir olduğumuzu daha çox göstərdik. Komandalar su fasiləsinə çıxanda futbolçulara B planına keçməyi tapşırdım. Bununla da oyun sxemində dəyişklik etdik. Huntelar və Kuyt irəlidə oynadı, digər futbolçular isə uzun ötürmələrə üstünlük verdi”.

Van Qal  1/4 finalda onlar üçün asan olmayacağını da bildirib:  “Növbəti turda bizi daha çətin rəqib gözləyir. Çünki 1/4 finalda asan rəqib olmur”.


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner