“Karvan”ın baş məşqçisi Yunis Hüseynov Qol.Az saytına verdiyi müsahibəsində komandasının ilk iki turdakı uğursuzluğuna aydınlıq gətirib.
- Yəqin ki, ilk iki turdakı məğlubiyyətləri araşdırmısınız? Maraqlıdır, səbəblərini tapa bilmisiniz?
- Bəli, araşdırmışıq. Bilirsiniz, burada əsas səbəb fiziki hazırlığımızın istənilən səviyyədə olmaması idi. Hazırda “Karvan”a toplaşan futbolçular yetərincə güclü və səviyyəlidirlər. Sadəcə, tam formaya düşmələri üçün zamana ehtiyacları var.
- Amma Yevlaxda “Olimpik-Şüvəlan”a məğlubiyyət çoxları üçün gözlənilməz oldu.
- Həmin oyunda müdafiə xəttimiz çox zəif oynadı. Ömər zədəli idi. İlham Yadullayev isə ilk turda qırmızı vərəqə aldığındn komandaya kömək edə bilmədi. Belə olan halda mən də məcburiyyətdən müdafiəçi mövqeyində, o mövqeydə oynamağa hazır olmayan futbolçulara şans verməli oldum. Yaxşı ki III tur təxirə salındı və səhvlərimiz üzərində səmərəli işləmək üçün imkan yarandı.
- İlk iki turdakı məğlubiyyətə görə, cəzalanan futbolçular olacaq?
- Andre Ladaqa kobud səhvlərə yol verdiyi üçün onu komandadan qovmuşdum. Lakin sonradan özü də gələrək səhvlərini etiraf elədi. Eyni zamanda bütün kollektiv ona zamin duraraq daha bir şans verməyimi xahiş etdilər. Mən də belə qərara gəldim ki, dekabra kimi onu komandada saxlayım. Özünü doğrulda bilsə, “Karvan”da qalacaq. Əks halda, onunla vidalaşacağıq.
- Onun “Olimpik-Şüvəlan”a oyun satmasına dair gəzən söz-söhbətləri necə, araşdırdınız?
- (hirslənir). Əşi, hamısı boş-boş söhbətlərdi, nə oyun satmaq? Mənə belə suallar verəndə çox pis əsəbləşirəm.
- Növbəti turda “Qəbələ” ilə qarşılaşacaqsınız. Rəqib cari mövsümə pis başlamayıb. Bu barədə nə düşünürsünüz?
- Çox çətin oyun olacaq. “Qəbələ” güclü komandadır. Amma əlimizdən gələni edəcəyik ki, qalib gələk. “Turan”la keçirdiyimiz son yoxlama görüşü göstərdi ki, komandada irəliləyiş var.
- Milli komandamız haqqında da soruşmaq istəyirik. Finlandiya ilə oyundan nə gözləyirsiniz?
- İnanıram ki, həmin oyundan xal götürə biləcəyik.
- Amma bizə tək xal yox, qol və qələbə da lazımdır.
- İnşallah, elə qol da vurarıq.
- Verdiyiniz müsahibə və açıqlamalarınızın heç birində Berti Foqtsun fəaliyyətinə münasibət bildirmirsiniz. Səbəbi çox maraqlıdır.
- Bəli, Foqtsun fəaliyyətinə heç vaxt münasibət bildirməmişəm, bundan sonra da bildirməyəcəyəm.
- Nəyə görə? Həmkarınız olduğuna görə, yoxsa başqa səbəblər var?
- Həm həmkarımdır, həm də bilirsiniz, onun öz futbol fəlsəfəsi, futbola baxışı var. Mən onun fəaliyyətinə qiymət verə bilmərəm.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi