Rəşad Sadiqov: “Çempionluğa oynayacağıq”

Rəşad Sadiqov: “Çempionluğa oynayacağıq”
XƏBƏR 28 İyun 2014 / 01:28 3123
-  A +

“Karyeram ərzində “Şəfa”, “Neftçi” və “Qarabağ” kimi klublarda çıxış etmişəm. İndi isə “Xəzər Lənkəran”dayam. Artıq bir neçə gündür ki, yeni komandamla toplamışdayam.  Hazırlıqlarımız çox yaxşı keçir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri  “Xəzər Lənkəran”ın yeni transferi Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında deyib.

“Xəzər Lənkəran”a çox tez bir zamanda uyğunlaşdım. Sanki neçə illərdir burada çıxış edirəm. Milli komandadan bir neçə futbolçu var ki, onlarla bir-birimizi yaxşı başa düşürük.  “Xəzər Lənkəran”ın hədəfi bəllidir – hər il çempionluğa oynayır. Növbəti mövsümdə da həm çempionluğa oynayacağıq, həm də kuboku qazanmağa çalışacağıq” – deyə o qeyd edib.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq