Qalliani: "Balotelli "Milan"da qalacaq"

Qalliani: "Balotelli "Milan"da qalacaq"
XƏBƏR 27 İyun 2014 / 14:20 1611
-  A +

Mario Balotellinin "Milan"da qalıb-qalmayacağı dəqiqləşib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klubun vitse-prezidenti Adriano Qalliani hücumçunun yeni mövsümdə də "Milan"da oynayacağını deyib.

A.Qalliani  İtaliyanın dünya çempionatında uğursuz çıxış etməsinin səbəbkarının Balotellinin olması haqda fikirlərlə razılaşmayıb:

"İtaliya millisində Balotellidən başqa daha 22 futbolçu və məşqçi heyəti dura-dura günahı onun üzərinə atmaq doğru olmaz. Dünya çempionatında komanda uğursuz çıxış etdi. Düzdür, Balotelli də ondan gözlənilən oyunu nümayiş etdirə bilmədi. Amma İtaliyanın qrupda qalmasının səbəbkarı Balotelli deyil".


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner