Azərbaycan milli komandasının sabiq hücumçusu, hazırda “Muğan” klubunun şərəfini qoruyan Fərrux İsmayılov Qol.Az saytına verdiyi müsahibəsində həm klubu, həm də şənbə günü keçiriləcək Azərbaycan - Finlandiya matçı haqqında danışıb.
- Fərrux, “Muğan”ın ilk 2 turdakı nəticəsi sənin üçün sürpriz olmadı ki?
- Yox, nəyə görə sürpriz olmalıdır ki? Biz öz gücümüzə, kollektivimizə bələdik və bu mənada mənim üçün heç bir gözlənilməz nəticə olmadı. Əksinə, Alispahiç kimi məşqçi ilə hələ biz çox şeyə nail olacağıq. .
- Bəlkə “Muğan”ın heyətini nəzərə alıb bu cür düşünürlər?
- Ola bilər. Yəqin baxırlar ki, heyətimizdə tanınmış futbolçular yoxdur, ona görə də bu cür fikirləşirlər. Amma qoy olsun. Bizim üçün lap yaxşı. Hamısına öz gücümüzü göstərəcəyik.
- Belə başa düşdüm ki, “Muğan”a keçdiyinə görə peşman deyilsən?
- Qətiyyən. Burada çox gözəl və mehriban kollektivmiz var. Nəyə görə peşman olmalıyam?
- Sadəcə, Fərrux İsmayılovu həmişə iddialı komandaların heyətində görməyə adət etmişik.
- Daha neyləyək? Legionerlər çoxalandan sonra Fərrux İsmayılov kimi futbolçular qalıb kənarda. Artıq iddialı klublarda bizə yer taplmır.
- Amma hələ ki, “Muğan”da əvəzləmədən oyuna daxil olursan. Hətta “Standard”la ilk turun matçında baş məşqçi 90-cı dəqiqədə səni oyuna buraxdı.
- Düzdür, formamla bağlı bəzi problemlərim var idi. Amma hamısı geridə qalıb. “Standard”la oyuna gəlincə, həmin matçda baş məşqçimiz məni 50-55-ci dəqiqələrdə oyuna buraxmaq istəyirdi. Lakin həmin dəqiqələrdə hesabı açdığımızdan, o da taktiki cəhətdən dəyişiklik etdi və mənim oyuna çıxmağıma ehtiyac qalmadı. Düşünürəm ki, məşqçimiz tam doğru addım atmışdı. Çünki qoldan sonra əlavə bir hücumçunu meydana buraxmağa ehtiyac yox idi.
- “Muğan”ın bu mövsümkü hədəfi nədir?
- Hədəf deyəndə, mən durum deyim çempionluğa oynayacağıq, düz olmaz. Nəyə qadiriksə çalışacağıq onu da meydanda göstərək. Məncə, “altılığ”a düşməyə gücümüz çatar. Amma bu, baş verəcək, ya yox, artıq zaman göstərəcək.
- Rayon mühitində oynamaq sənin üçün darıxdırıcı deyil ki?
- Yox, qətiyyən. Salyandakı şərait superdi. Darıxmağa səbəb yoxdur. Həm də burdan Bakıya 1 saatlıq yoldur. Sağ olsun, baş məşqçimiz də elə şərait yaradıb ki, arada Bakıda da məşq edirik. Bundan başqa, futbolçuların vəziyyəti ilə də maraqlanır, kiminsə problemi olanda ailəsinə baş çəkməyə icazə verir.
- Belə başa düşdüm ki, Kamal Alispahiçdən həm məşqçi, həm də insan kimi çox razısan.
- Bəlkə də, Azərbaycana gələn legioner məşqçilər arasında Alispahiç birincidir. Elə hər mənada.
- Bir qədər də milli komanda haqqında danışaq. Sentyabrın 5-də Finlandiya ilə oynayırıq. Həmin oyundan nə gözləyirsən?
- Səhv etmirəmsə, son dəfə evdə onları 1:0 hesabı ilə məğlub etmişdik. Qolu da Emin İmaməliyev vurmuşdu. İnşallah, bu dəfə Finlandiyaya 2 qol vurarıq, hesab da 2:0 olar.
- Sənə elə gəlmir ki, 2 çox oldu? Çünki millimiz hələ altı oyunun heç birində qol vurmayıb.
- Allahın köməyi ilə bu dəfə ikisini vurarıq. Futboldur da, bir də görürsən 5 oyun qol vura bilmirsən, amma bir oyunda “partlayırsan”
- Finlandiya sənin üçün də yad rəqib deyil. 2003-cü ildə AÇ-2004-ün seçmə qrup oyunu çərçivəsində “Şəfa” stadionunda onlara qol da vurmusan. Həmin oyunu necə xatırlayırsan?
- Həmin oyunu 1:2 hesabı ilə uduzmuşduq. Yadımdadır, o vaxt Tərlan Əhmədov qırmızı vərəqə alaraq meydanı tərk etdi və biz on nəfərlə qaldıq. Amma hakim ədalətsizlik etmişdi və ikinci sarı vərəqəni göstərməyə bilərdi. Tərlan da həmin vaxt Azərbaycanın ən güclü müdafiəçisi idi və milli komandada da aparıcı futbolçu idi. Bəlkə də o, qalsaydıvə ilk hissədə əldə etdiyimiz imkanları dəyərləndirə bilsəydik, qələbə qazana bilərdik.
- Səncə, o vaxtkı Finlandiya millisi güclü idi, yoxsa indiki?
- Mənə elə gəlir ki, o vaxt Finlandiya millisi daha güclü idi.
- Berti Foqtsun fəaliyyəti haqqında nə deyə bilərsən?
- Foqts haqda heç nə deyə bilmərəm. Ümumiyyətlə, heç bir futbolçu hansısa məşqçinin işinə müdaxilə etməməlidir. Futbolçunun öz vəzifəsi var və başını aşağı salıb, öz futbolunu oynamalıdır.
- Bəs milli komandaya legoner futbolçuların cəlb olunmasına münasibətin necədir?
- Bax buna münasibətim pisdir. Azərbaycan millisində legioner futbolçu oynamamalıdır. Bunun səbəbi çempionatda limitin olmaması idi. Hər klubda 11 əcnəbi oynayanda millinin baş məqşisi yerli futbolçunu haradan tapmalıdır? Görün, bu limit səbəbindən nə qədər gənc istedad kənarda qalıb. Biz heç, deyək ki, karyeramızın çox hissəsini oynamışıq. Bəs yeni gələn gənclər necə olacaq? Onları da fikirləşmək lazımdır axı. Həmin gənclər oynamalıdır ki, ölkə xaricinə də çıxa bilsinlər. Düzdür, son vaxtlar limit tətbiq etdilər. Amma bu, çox azdır.
- Sən limitin necə olmasını istərdin?
- Heç olmasa 6 yerli futbolçu mütləq oynamalıdır da. Hər halda 5 legionerin oynaması normal olardı.
- Sonda. Səncə milli komandamız niyə qol hesabını aça bilmir? Təcrübəli hücumçu olduğun üçün bu sualını cavabını daha yaxşı bilərsən.
- Bilirsiniz, qol imkanlarımız olur. Sadəcə, həmin imkanlardan istifadə edə bilmirik. Amma bu da oyundan oyuna tədricən düzələcək.
- Bəlkə hücumçularımızın ustalıq səviyyəsi çatmır?
- O da ola bilər. Amma bunu birmənalı şəkildə demək də olmur. Adama deyərlər ki, səviyyəsi çatmırsa, necə olur milli komandaya çağırırlar?
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi