AZAL yeni mövsümə hazırlığı davam etdirir (FOTOLAR)

AZAL yeni mövsümə hazırlığı davam etdirir (FOTOLAR)
XƏBƏR 26 İyun 2014 / 11:57 1378
-  A +

AZAL klubu yeni mövsümə hazırlığı davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda gündə 1 dəfə olmaqla “AZAL Arena”da məşqə çıxır.

Hələ ki, hazırlıqda fiziki təmrinlər üstünlük təşkil edir. Amma toplu çalışmalara da yer ayrılır. İyunun 28-də Azərbaycan tələbələr yığma komandası ilə yoxlama oyunu keçirəcək “təyyarəçilər” həmin matça qədər bu yüklənmə ilə çalışacaq.

Qeyd edək ki, məşqlərdə komandanın bütün üzvləri iştirak edir. İcazəli olan və uzun yol yorğunluğuna görə bu gün istirahət edən Con Oluremi sabahdan hazırlığa start verəcək.




























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər