"Barselona"nın yeni kapitanı kim olacaq?

"Barselona"nın yeni kapitanı kim olacaq?
XƏBƏR 25 İyun 2014 / 19:21 3697
-  A +

"Barselona"nın kapitanı Xavi yeni mövsümdən Qətərin "Al Arabi" klubunun şərəfini qoruyacaq.

Qol.Az-ın xəbərinə görə, bu səbəbdən Kataloniya klubu komandanın yeni kapitanını seçməyi planlaşdırır.

İspaniya mətbuatı yazıb ki, bu vəzifəyə əsas namizəd Andres İnyestadır. Namizədlər arasında Lionel Messi, Xavyer Maskerano, Jerard Pikenin də olduğu bildirilir.

Qeyd edək ki, Karles Puyol ötən mövsümün sonu futbolçu karyerasını başa vurduqdan sonra Xavi komandanın kapitanı olub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner