Rail Məlikov "Qəbələ"dən getdi

Rail Məlikov "Qəbələ"dən getdi
XƏBƏR 24 İyun 2014 / 15:21 2933
-  A +

Milli komandamızın sabiq üzvü Rail Məlikov "Qəbələ" klubundan ayrılıb.

Bu barədə Qol.Az saytına futbolçu özü məlumat verib.

O, qeyd edib ki, qarşılıqlı razılaşma əsasında başa çatan müqaviləsi uzadılmayıb. Rail Məlikov "Qəbələ"dən yaxşı təəssüratlarla ayrıldığını bildirib: "Artıq "Qəbələ"nin futbolçusu deyiləm. Klub rəhbərliyinə və orada çalışan hər kəsə təşəkkür edirəm. "Qəbələ"yə Avropa Liqasında uğurlar arzulayıram".

Təcrübəli müdafiəçi hazırda Türkiyə klublarının onunla maraqlandığını və yaxın günlərdə yeni komandası haqda son qərarını verəcəyini qeyd edib.

Xatırladaq ki, R.Məlikov ötən ilin iyun ayından Türkiyənin "Dənizlispor" klubundan "Qəbələ"yə keçmişdi. 

Son xəbərlər