2013/14-cü il mövsümü başa çatdıqdan sonra istirahətə yollanan "Simurq" klubu iyunun 27-dən yenidən bir araya gələcək.
Qol.Az-n klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda iyunun 26-da Bakıdan birbaşa reyslə Vyanaya yola düşəcək.
Buradan isə avtobusla Sloveniyaya keçərək, Paxorye rayonunda məskunlaşacaq. Hazırlıq planına uyğun olaraq burada əsasən fiziki gücün bərpası və artırılmasından ibarət məşqlər keçiriləcək. Georgi Çixradzenin komandası iyulun 6-da, 9-da və 12-də yoldaşlıq görüşlərinə çıxacaq. Sonuncu yoxlama matçından bir gün sonra isə komanda ölkəyə qayıdacaq.
"Simurq"un yay təlim-məşq toplanışının ikinci mərhələsinə iyulun 17-də start veriləcək. Avstriyada planlaşdırılan hazırlıq avqustun 1-nə qədər davam edəcək. Burada isə komanda beş yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Bundan sonra "sarı-qaralar" ölkəyə qayıdacaq və avqustun 4-də Zaqatalada bir araya gələrək, 2014/15-ci il mövsümünün ilk turunun hazırlıqlarını davam etdirəcək.
Komandanın təlim-məşq toplanışındakı rəqibləri haqqında yaxın günlərdə ətraflı məlumat veriləcək. Həmçinin hazırlıq dövründə Zaqatala təmsilçisi transfer çalışmalarını da, davam etdirəcək. Baxışa dəvət olunmuş futbolçular artıq Sloveniya toplanışından etibarən düşərgəyə gələcəklər.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı