“Ayntraxt”ın azərbaycanlı futbolçusu Murad Mahmudov müsahibə verib. Müsahibəni təqdim edirik
- Əvvəlcə özün barədə məlumat verərdin.
- Mən Mahmudov Murad. Azərbaycanda, Bakıda anadan olmuşam. 4 yaşım olanda ailəmlə birgə Almaniyanın Frankfurt şəhərinə köçmüşük. Bu günə kimi də orada yaşayırıq. 5 yaşımdan etibarən futbolla məşğulam. İlk olaraq Frankfurtun “Makkabi” klubunda oynamışam. Bu, kiçik klubdur. Daha sonra “Ayntraxt”ın məşqçiləri oyunumu görüb, bəyəndilər. Artıq 5 ildir bu komandada çıxış edirəm.
- Bu, vətəni tərk etdikdən sonra Bakıya ilk gəlişindir?
- Yox, bir neçə dəfə Bakıda olmuşam. Demək olar ki hər yay gəlirəm bura. Özümüz Almaniyada yaşasaq da, bütün qohumlarımız buradadır.
- “İnter”in keçirdiyi İBA Cup turniri barədə nə deyə bilərsən?
- Çox gözəl turnir təşkil olundu. Yaxşı komandalar var idi. Finala kimi irəliləsək də, həlledici oyunda uduzduq. Buna görə çox təəssüflənirəm. Lakin ikinci yer də pis nəticə deyil.
- “Beşiktaş”a qarşı keçirilən final görüşündə hesabı açsan da, penaltilər seriyası zamanı qeyri-dəqiq oynadın...
- Buna görə çox təəssüflənirəm. Hələ oyun ərzində qələbə qazana bilərdik. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Yekunda da penaltilərdə uduzduq.
- “Ayntraxt”da səndən başqa azərbaycanlı futbolçu var?
- Rinat Dadaşov var. Amma o, məndən yaşca böyükdür.
- Yəqin ki, Azərbaycan millisində oynayan Rüfət Dadaşovun qardaşını deyirsən?
- Hə, odur. Onun qardaşı millidə oynayır.
- Sənə necə, Azərbaycan millisindən təklif gəlib?
- Təklif gəlib. Amma mən hələ yekun qərarımı verməmişəm.
- Təklif bu turnir zamanı gəldi, yoxsa daha əvvəldən?
- Yox, əvvəldən.
- Dedin ki hələ qərar verməmişəm. Azərbaycan millisində oynamaq istəmirsən?
- Açığı, mənim üçün ilk növbədə Almaniya millisidir. Gələcəkdə Almaniya millisinin şərəfini qorumaq istəyirəm. Amma Almaniya variantı alınmasa, Azərbaycanınformasını geyərəm.
- Axı, Azərbaycan sənin vətənindir...
- Düzdür, vətənimdir. Amma mən Almaniyada böyümüşəm. Artıq neçə illərdir orada yaşayıram. Həm də bu idmandır. Peşəkarlıq baxımından Almaniyada oynamaq istəyirəm.
- Bu qərarı sən qəbul etmisən, ya valideynlərin?
- Onlar da mənim Almaniya millisində oynamağımı istəyirlər.
- Deyirsən ki, ilk seçimim Almaniyadır. Azərbaycanla müqayisədə Almaniya millisinə düşmək daha çətindir. Bu, səni qorxutmur?
- Yox, heç nədən çəkinmirəm. Özümə güvənirəm.
- Birdən Almaniya yığmasına düşə bilmədin. Azərbaycan millisi də səndən imtina etdi. Onda necə olacaq?
- Hələ bu barədə düşünmürəm.
- Aleksandr Səmədovu tanıyırsan?
- Hə, tanıyıram.
- O Azərbaycanı yox, Rusiya millisini seçdi. Bakıda Rusiya millisinin heyətində meydana çıxarkən oyun boyu fitə basıldı, hətta təhqir də olundu. Eyni hissləri yaşamaq istərdin?
- Yenə deyirəm, peşəkarlıq baxımından mən Almaniyaya üstünlük verirəm. Əgər, o variant alınmasa, o zaman Azərbaycan millisini seçərəm.
- Almaniya millisindən sənə dəvət gəlib?
- Orada seçim bir qədər fərqli aparılır. Əvvəlcə regionlar üzrə seçimlər aparılır. Sonra isə milli komandanın üzvləri müəyyənləşir. Almaniya millisinə düşmək üçün şansım var.
Mənbə: Futbolxeber.az
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı