Muslera: "Kosta Rikaya məğlubiyyətin təsadüfi olduğunu sübut etdik"

Muslera: "Kosta Rikaya məğlubiyyətin təsadüfi olduğunu sübut etdik"
DÇ-2014 20 İyun 2014 / 13:18 2051
-  A +

Uruqvay millisinin qapıçısı Fernando Muslera "DÇ-2014"də qalib gəldikləri İngiltərə ilə oyun haqda danışıb.

Qol.Az-ın məlumatına görə, təcrübəli qolkiper "L'Equipe"yə açıqlamasında Kosta Rikaya məğlubiyyətin təsadüf olduğunu sübut etdiklərini bildirib:

"Oyuna yaxşı başladıq və layiqli qələbə qazandıq. Kosta Rikaya məğlubiyyətin təsadüf olduğunu sübut etdik. Ancaq biz daha artığına qadirik. Suaresin qayıtması bizim daha güclü olmağımıza kömək etdi. O liderdir və İngiltərə ilə görüşdə həlledici rol oynadı. Suares hazırda Kavani ilə birgə ən yaxşı hücumçular sırasında yer alıb".

Qeyd edək ki, Uruqvay - İngiltərə oyunu 2:1 hesabı ilə Cənubi Amerika təmsilçisinin xeyrinə başa çatıb.


Son xəbərlər
topaz banner