Niasse "Qəbələ"dən ayrıldı

Niasse "Qəbələ"dən ayrıldı
XƏBƏR 20 İyun 2014 / 12:22 2454
-  A +

Ölkəmizi ilk dəfə Avroliqada təmsil edəcək "Qəbələ" klubu daha bir fubolçusu ilə yolları ayırıb. Komandanın aparıcı futbolçusu İbrahima Niasse öz istəyi ilə "Qəbələ"ni tərk edib.

Bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Qeyd edək ki, seneqallı dayaq yarımmüdafiəçisinin müqaviləsi başa çatmışdı. Əldə etdiyimiz xəbərə görə, "Qəbələ"nin sabiq baş məşqçisi, hazırda Rusiyanın "Mordoviya" klubunu çalışdıran Yuri Syomin Niasseni öz komandasına cəlb edib.

Xatırladaq ki, "Qəbələ" yay fasiləsində Omar Kalabane, Yannik Kamanan, Dieqo Koşta, Rodriges Asis, Lorense Ebesilio və Marat İzmaylovla da yolları ayırıb.

Son xəbərlər
topaz banner