"Suaresin bu oyuna belə hazır olması məni təəccübləndirmədi. Matçdan öncə onun meydana çıxacağı haqda məlumatımız yox idi. Çünki baş məşqçiləri Oskar Tabarez Suaresin tam hazır olmadığını deyirdi".
Qol.Az-ın məlumatına görə, bu sözləri İngiltərə yığmasının baş məşqçisi Roy Hodson "DÇ-2014"də Uruqvayla oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandasının qrupdan çıxmaq şansının çox az olduğunu bildirib: "Uzun müddət Suaresi zərərsizləşdirməyə çalışdıq. Ancaq ötən mövsüm İngiltərə Premyer Liqasının ən yaxşısı olan futbolçu qol vurmaq üçün iki şans əldə etdi ki, bunu da maksimum dəyərləndirdi. Buraxılan qollarda təkcə müdafiəni günahlandırmaq istəmirəm. Qrupdan çıxmaq şansımız çox azdır. Bu təkcə bizdən asılı deyil. Tarixdən də bilirik ki, mundial Cənubi Amerikada keçirildiyində çempion yerli komandalar olur. Ancaq mən Avropa komandalarının turnirdə yaxşı futbol nümayiş etdirəcəklərinə inanıram. Bununla belə, Cənubi Amerika təmsilçilərinin mundiala yaxşı başladıqları göz qabağındadır".
Qeyd edək ki, "DÇ-2014"də ikinci matçında Uruqvaya 1:2 hesabı ilə uduzan İngiltərə yığması qrupdan çıxmaq şansını xeyli azaldıb.
Mundialda Afrika rekordu
“Şah”ı mat edən Aydın
Rafael Fiziyevdən möhtəşəm qələbə - UFC Fight Night turniri
"Arsenal" onu hədəfə aldı
“Şamaxı”nın rəqibi bilindi
"Avrokuboklar üçün hər şey edəcəyik" - "Qarabağ"ın oyunçusu
Türkiyə futbol rəhbərliyində Mesut Özil dövrü başlayır?
Kanadanın pley-offda işləri çətinləşir
O da mundialda fərqlənməyi bacardı
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Zirə" Özbəkistan klubuna məğlub oldu
“Neftçi” yeni formasını təqdim etdi - Şəkillər
Musleradan gözlənilməz antirekord
“Şəfa”da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Zədəsi transferinə mane ola bilər
68 ildən sonra ən məhsuldar mundial
Tahir Abdullayev UFC-də ilk qələbəsini qazandı
“Səbail”dən yeni transfer
"Ev sahibi bizə qarşı qərəzli davranır"
Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazandı
PSJ-nin yeni formaları - Şəkillər
Dünən “Qarabağ”da, bu gün “Polesye”də - Şəkillər
Millinin futbolçusunu ağır cəza gözləyir
DÇ-2026 matçından sonra atışma: Dörd nəfər yaralandı
Byelsa jurnalistin üstünə qışqırdı - Video
Het-trik etdiyi oyunun topunu özü ilə apardı - Şəkil