"Qəbələ" ikinci yoxlama matçında uduzdu

"Qəbələ" ikinci yoxlama matçında uduzdu
XƏBƏR 19 İyun 2014 / 21:22 2165
-  A +

Sloveniyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"  ikinci hazırlıq oyununu keçirib.

Qol.Az klubun saytına istinadən yaydığı xəbərə görə, ilk oyunda Sloveniyanın III liqa təmsilçisi "Stoynitsa"nı 1:0 hesabı ilə məğlub edən "qırmızı-qaralar" növbəti qarşılaşmada "Koper" (Sloveniya)  ilə üz-üzə gəlib.  Matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qəbələ" sözügedən ölkədə növbəti oyununu iyunun 21-i keçirəcək. Muntyanunun komandası Bolqarıstan "Botev"i ilə qarşılaşacaq.


Son xəbərlər
topaz banner