Artim Şakiri "Qarabağ"dan cavab gözləyir

Artim Şakiri "Qarabağ"dan cavab gözləyir
XƏBƏR 19 İyun 2014 / 18:14 3810
-  A +

Son günlər mətbuatda "Qarabağ"ın makedoniyalı müdafiəçi Eqzon Belika ilə maraqlanması xəbəri yer alıb. 

Qol.Az-ın məlumatına görə, ölkəsinin "Şkendiya" klubundan ayrılan 23 yaşlı mərkəz müdafiəçisi "Qarabağ"ın sabiq futbolçusu Artim Şakirinin qaynıdır.
 
Bu barədə Qol.Az saytına veteran futbolçu özü məlumat verib. O, bildirib ki, qohumunu "Qarabağ"a təklif edib və hazırda Ağdam klubundan cavab gözləyir.
 
Şakiri onu da əlavə edib ki, E.Belikaya digər ölkələrdən də təkliflər var.

Qeyd edək ki, Artim Şakiri 2008/2009 mövsümündə "Qarabağ"ın şərəfini qoruyub.

Son xəbərlər
topaz banner