Skolari: “Yaxşı nəticə qazanmasaq da...”

Skolari:  “Yaxşı nəticə qazanmasaq da...”
DÇ-2014 18 İyun 2014 / 05:30 3115
-  A +

Braziliya millisinin baş məşqçisi Felipe Luis Skolari DÇ-2014-ün A qrupunda Meksika ilə bərabərə qaldıqları oyun (0:0) haqda fikirlərini bildirib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis oyunun nəticəsinin ədalətli olduğunu bildirib:

“Meksika müdafiədə səliqəli oyunu ilə seçildi. Rəqib fiziki cəhətdən də yaxşı təsir bağışladı. Hər iki komandanın qol imkanları oldu. Nəticədə isə hesab 0:0 oldu. Bu, yaxşı nəticə olmasa da, hər halda hər iki komandanın oyununu əks etdirir.  Biz yaxşı rəqibə qarşı baxımlı oyun sərgilədik. Qələbə qazanmağı çox istəyirdik, acaq rəqibə də hörmətlə yanaşmaq lazımdır. Meksika güclü komandadır”.

Son xəbərlər
topaz banner