"Qəbələ" Belarus klubunu məğlub etdi

"Qəbələ" Belarus klubunu məğlub etdi
XƏBƏR 17 İyun 2014 / 18:29 2408
-  A +

Belarus paytaxtı Minskdə təlim-məşq toplanışında olan "Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası hazırlıq çərçivəsində ilk oyununu keçirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Minsk-2004" kollektivi ilə qarşılaşan "qırmızı-qaralar" rəqibi 3:0 hesabı ilə məğlub edib. 


Qəbələ təmsilçisinə qələbə qazandıran qollara Mehrac Baxşəliyev (2) və Xəyal Səmədov imza atıb.
 
"Qəbələ" növbəti sınaq oyunu iyunun 19-u baş tutacaq. "Qırmızı-qaralar"ın ikinci rəqibi BATE Borisov olacaq.

Son xəbərlər
topaz banner