Hummelsdən "Mançester Yunayted" açıqlaması

Hummelsdən "Mançester Yunayted" açıqlaması
XƏBƏR 17 İyun 2014 / 17:01 2264
-  A +

"Borussiya" (Dortmund) klubunun ulduz futbolçusu Mats Hummels "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, alman futbolçu "Daily Telegraph"a açıqlamasında "Borussiya"dan ayrılmaq istəmədiyini deyib:

"Mançester Yunayted"? Bəlkə bir gün İngiltərəyə gedə bilərəm, ancaq indi yox. Ümumiyyətlə transfer haqda danışmaq istəmirəm. Hazırda bütün diqqətimi dünya çempionatına yönəltmişəm".

Qeyd edək ki, 25 yaşlı futbolçu 2009-cu ildən "Borussiya"nın şərəfini qoruyur.


Son xəbərlər
topaz banner