Messi İquaini "Barselona"da görmək istəyir

Messi İquaini "Barselona"da görmək istəyir
XƏBƏR 17 İyun 2014 / 13:16 2184
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi Qonzalo İquaini komandasında görmək istəyir.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hücumçu Argentina yığmasındakı komanda yoldaşı ilə "Barsa"da da birgə oynamaq istədiyini deyib:

"İquainin "Barselona"ya transfer olunması barədə xəbərlər yayılıb. Bu haqda onunla danışmışam. İquain dünyanın ən yaxşı hücumçularından biridir. Onunla birgə oynamağı çox istəyirəm".

Qeyd edək ki, İquainin "Barsa" ilə razılığa gəldiyi iddia edilir.


Son xəbərlər
topaz banner